Qaynar xətt:

(+99450) 247 90 86

Uşaq bağçası yaxınlığında iki qumbara tapılıb - Sumqayıtda

KRİMİNAL

1582

29.03.2018, 18:52

\"\" Bu gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində 2 ədəd qumbaranın tapılması barədə məlumat daxil olub. ANAMA-dan Oxu24.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən ərazidə uşaq bağçasının yaxınlığında məişət tullantıları sahəsinə baxış keçirilib, nəticədə iki ədəd F-1 əl qumbarası aşkar olunub. Qumbaralar zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.